1994-cü ildən etibarən Borusan Qrupunun tərkibində olmaqla "Caterpillar®" məhsullarının Türkiyədəki rəsmi təmsilçiliyini edən “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketi 1997-ci ildə Bakıda Azərbaycan Respublikasındakı nümayəndəliyini təsis etmişdir. Şirkət, Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Uzaq Şərqi Rusiyada da distribüterlik fəaliyyətini təşkil etməkdədir.

“Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Bakı şəhəri, Səlyan şossesi 15-ci km-də yerləşir. Şirkətin əsas fəaliyyət sahəsi tikinti və dağ-mədən texnikalarının, dizel və qaz generatorlarının və avadanlıqlarının topdan və pərakəndə satışından və təmirinin təşkilindən ibarətdir. Eyni zamanda həmin texnika, generator və avadanlıqların ehtiyat hissələrinin satışını da həyata keçirir. Borusan Makina ve Güç Sistemleri satış və satış sonrası dəstək xidmətləri, zəmanətli ikinci əl tikinti texnikalarının daxil olduğu saysız həll yolları təklif etməklə yanaşı 20 ildən çoxdur ki, fasiləsiz olaraq BP-nin neft və qaz nasosları üzrə əsas təchizatçısı və texniki xidmət təminatçısıdır. Hal-hazırda şirkətimiz təmir xidmətlərinə dair müqavilələr üzrə “SOCAR”, “BP”, “PAŞA İNŞAAT”, “AKKORD” kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq edir.

Missiyamız

Geniş məhsul portfelimiz ilə işgüzar tərəfdaşlarımızın ehtiyaclarına uyğunlaşdırılmış kompleks həllər təklif edərək yüksək müştəri sadiqliyini və davamlı əməkdaşlığı təmin etmək.

 Dəyərlərimiz Dəyərlərimiz Ətraflı Məlumat
 Sertifikatlarımız Sertifikatlarımız Ətraflı Məlumat
 Şəxsi Məlumatların Qorunması Şəxsi Məlumatların Qorunması Ətraflı Məlumat