Periodik Texniki Baxım Müqaviləsi Cat® istismar və texniki xidmət təlimatında göstərilən xidmət intervallarına və prosedurlara uyğun olaraq texnikanızın bütün profilaktik texniki xidmətini nəzərdə tutur.

 

Bundan əlavə, texniki baxışın nəticələrinə əsasən texnikanızın vəziyyətini təsvir edən ətraflı hesabat və mümkün problemlər barədə məlumat verilir. Bizim təlim keçmiş texniklərimiz texnikanıza nəzarət etmək üçün tələb olunan texniki nou-hau, texnologiya və qlobal dəstəyə malikdirlər. texnikalarınıza güvənərək, daha ciddi iş planları hazırlaya və resurslarınızı daha səmərəli istifadə edə bilərsiniz.

  

Dövri texniki xidmətdə istifadə olunan CAT filtrləri texnikanın xidmət ömrünü və səmərəliliyini artırır. CAT yağları və soyuducu mayeləri müvafiq sahələrdə sınaqdan keçirilir və hər bir komponentin xüsusi tələblərinə cavab vermək üçün təsdiq edilir. Hər bir ziyarətdən sonra maksimum səmərəliliyin təmin edilməsi üçün təhlil və tövsiyələrin daxil olduğu hesabat təqdim edilir.

 

Periodik Texniki Baxım Müqaviləsi nəyi əhatə edir?

  • Periodik baxım ehtiyat hissələri, əmək və səyahət xərclərinin daxil olduğu 250 və ya 500 saat intervalında həyata keçirilən xidmətdir.
  • Caterpillar standartlarına əsasən planlı texniki xidmət
  • Texniki təhlil
  • SOS texnika maye təhlili
  • Məsləhətlər və təkliflər
  • Fəal profilaktik müdaxilələr