- Qazıcı-qoruyucu hissələr texnika əsas struktur hissələrini aşınmadan və üzərində işlədiyi materiala zərərdən qoruyur.
- Onlar maşının gücünü qazılacaq materiala ötürürlər.
- Onlar maşının əsas hissələrindən asanlıqla çıxarıla və montaj edilə bilən bir şəkildə hazırlanır.
- Qazıcı-qoruyucu hissələr bütün şərtlərdə texnikaların tələblərinə cavab vermək üçün geniş çeşiddə hazırlanır.
- Caterpillar qazıcı-qoruyucu hissələrin keyfiyyətli istehsalı üçün tələb olunan kimyəvi və fiziki-metallurgiya tələblərinə cavab verən yüksək keyfiyyətli poladdan istifadə edir.
- DH-2 xəlitəli polad bir çox CAT qazıcı-qoruyucu hissələrin istehsalında istifadə olunur.
Cat® AdvansysTM Mıx və Adapterlər
Ən çətin işlər üçün doğru həll!
Cat® AdvansysTM ştiftsiz qazıcı-qoruyucu hissələrin yeni nəsliMAKSİMUM SƏMƏRƏLİLİK ÜÇÜN
Təkərli yükləyicinizin və hidravlik ekskavatorunuzun səmərəliliyini Cat Advansys qazıcı-qoruyucu hissələrlə optimallaşdırın. Ən yeni və ən davamlı Cat sistemi ən yüksək səmərəliliyi və ən sürətli quraşdırma və sökülmə müddətini təmin edir.
Cat Advansys Sisteminin Üstünlükləri:
- Yüksək səmərəlilik: Unikal mıx və adapter xüsusiyyətləri ilə ən yüksək səmərəlilik
- Yüksək etibarlılıq: Bu günə qədər Caterpillar-ın ən güclü və davamlı adapterləri
- Ştiftsiz quraşdırma: Heç bir xüsusi alət tələb olunmadan mıxın ən sürətli ştiftsiz çıxarılması və quraşdırılması.
Hidravlik ekskavatorlar üçün xüsusi üstünlüklər:
- Təkmilləşdirilmiş mıx və adapter həndəsəsi sayəsində novların formalaşdırılması tətbiqlərində 15%-ə qədər məhsuldarlığın artması
- Daha geniş üst səth, mıx torpağın üstündə hərəkət edərkən mıx və adapter üzərində sürtünməni azaldır. Azaldılmış yan sürtünmə o deməkdir ki, çalovun torpağın arasından hərəkət etməsi üçün daha az qüvvə tələb olunur.
- Yanacağın effektivliyi