Öz elmi-yönümlü və yenilikçi xüsusiyyəti ilə Borusan Cat ; insanların fərqlərə həssas olduğu, ətraf mühit və digər insanlara hörmət göstərdiyi, və insanların tərəqqisi dəstəklənən bir mühitin yaradılmasına töhfə verə biləcək hər şeylə maraqlanan, cəsarətli və qayğıkeş insanlar cəlb etməyə çalışır.

Borusan Cat şirkəti öz əməkdaşlarının şəxsi və peşəkar inkişafını dəstəkləyən kadr təcrübələrini inkişaf etdirir, onları yüksək nəticələrə nail olmağa həvəsləndirir, onların həyat keyfiyyətini yüksəldir və hər zaman üstünlük verilən işəgötürən hesab edilir. Borusan Cat qlobal yanaşma tətbiq etməklə inkişaf etdirdiyi kadr təcrübələri vasitəsilə yüksək dəyərli, özünə güvənən, uğurlu insanları inkişaf etdirir və onların peşəkar və şəxsi inkişafının davamlılığını təmin edir.