Cat®Filtrlərinin nə zaman və haradan alınmasından asılı olmayaraq, onlar eyni davamlı yüksək keyfiyyətə malik olur, çünki Cat filtrləri yüksək səviyyədə istehsal edilir,onlar mühərrikinizi, güc ötürmə və hidravlik sistemlərinizi qorumaq üçün davamlı səmərəlilik təklif edir. Digər brendlər də müvafiq olduğu halda, Cat filtrləri mühərrik və digər komponent sisteminizin yararlılıq müddətini maksimal səviyyədə artırmaq üçün zəruri olan yüksək keyfiyyət və müdafiə təklif edir.

Bütün filtrlər eyni deyil, Cat filtrlərinin xüsusiyyətləri:

  • Akrilik dənəciklər filtr kağız qatlarının bir-biri üzərinə yığılıb qalaqlanmasının qarşısını alır
  • Spiral filtr kağız qatlarının daha sabit durmasını təmin edir
  • Metalın çirklənməsinin qarşısını almaq üçün mərkəzdə neylon tübik
  • Sızıntıların qarşısını almaq üçün qəliblənmiş uc hissələri

Hava Filtrləri

Mühərrik Hava Filtrləri (Broşüra üçün klikləyin)

  • Cat® mühərrik hava filtrləri maksimal müdafiə və optimal fəaliyyət üçün hazırlanmışdır.
  • Standart məhsul ünsürləri – sənayedə ən yüksək məhsuldarlıqla ən çətin tətbiqlərin öhdəsindən gələn dayanıqlı konstruksiya.
  • Olduqca yüksək səmərəlilik ünsürləri – Cat avadanlığınız üçün yüksək takt effektivliyi və uzun yararlılıq müddəti.

Avtomobildaxili hava filtrləri

  • Avtomobildaxili hava filtrləri daha təmiz, daha rahat avtomobildaxili mühit təmin edir.
  • Toz və zərrəciklərin yüksək səviyyədə azaldılması üçün daha yüksək səmərəlilik seçimləri.
  • Qoxunun daha yüksək səviyyədə azaldılması üçün alternativlər var.
  • Uzun yararlılıq müddəti və avtomobildaxili mühitin optimal müdafiəsi.

Mühərrik Yağ Filtrləri (Broşüra üçün klikləyin)

  • Caterpillar Cat mühərrikiniz üçün mühərrik yağının təmizliyini maksimal səviyyədə artıran, yağ dəyişdirmə intervalı üzrə gözləntiləri qarşılayan və optimal fəaliyyət və müdafiə təmin edən əksiksiz filtrləmə seçimləri təklif edir.
  • Standart səmərəlilik – daha əvvəlki Cat mühərrikləriniz üçün yüksək müdafiə və məhsuldarlıq.
  • Daha yüksək səmərəlilik – çirkliliyə daha yüksək səviyyədə nəzarət və yüksək toz toplama qabiliyyəti.
  • Olduqca yüksək səmərəlilik – bütün tətbiqlərdə optimal çirkliliyə nəzarət təmin edir. Hər hansı xidmət işindən sonra təmizləmə filtri olaraq istifadə edilməsi tövsiyə olunur.

Yanacaq Filtrləri

Əsas Yanacaq Filtrləri / Yanacaq Su Ayırıcıları (Broşüra üçün klikləyin)

  • Cat yanacaq su ayırıcıları önəmli yanacaq sistemi komponentləri üçün ən yüksək müdafiəni təmin edir.
  • Sərbəst suyu və həll olunmuş suyun çoxunu təmizləyir.
  • Ölçüsü 10 mikron (və daha böyük) olan zərrəcikləri təmizləyir və ikinci dərəcəli elementlərin yararlılıq müddətini uzadır.

İkinci Dərəcəli Yanacaq Filtrləri

  • Bu filtrlər yanacaq injektorları və digər yanacaq sistemi komponentlərinə ən çox zərər verən daha kiçik zərrəcikləri tutur.
  • Olduqca fərqli dizaynı ilə sənayedəki ən yaxşı müdafiə.
  • Zərrəcikləri tutur və saxlayır.
  • Mühərriklərin səmərəliliyinin gözləntiləri qarşılmasını və tələb edilən emissiya dəyərlərinə uyğun olmasını təmin edir.

Hidravlik və Ötürücü Qutu Filtrləri

Hidravlik Filtrlər (Broşüra üçün klikləyin )

  • Cat filtrlərindən istifadə edilməsi hidravlik sistemin çirkliliyini azaltmaq və dəzgahınızın səmərəliliyini artırmaq üçün ən yaxşı yoldur.
  • Yüksək səmərəlilik - Sərt şəraitdə yüksək səviyyədə sistem təmizliyi təmin edir.
  • Olduqca yüksək səmərəlilik - Bütün tətbiqlərdə çirkliliyə optimal nəzarət təmin edir. Hər hansı xidmət işindən sonra təmizləmə filtri olaraq istifadə edilməsi tövsiyə olunur.

Ötürücü qutu filtrləri (Broşüra üçün klikləyin )

  • Son zamanlarda istehsal edilən ötürücü qutular sistem elementlərini qorumaq və səmərəliliyi maksimal şəkildə artırmaq üçün unikal filtrləmə məhsulları tələb edir.
  • Daha yüksək toz toplama qabiliyyəti.
  • Filtrin aşıldığı daha az sayda hallarla birlikdə soyuq havada daha yüksək səmərəlilik.
  • Ötürücü qutu tətbiqləri üçün optimal səmərəlilik və müdafiə.